24 C
Bakı
22 Avqust 2026 05:49
Mədəniyyət

“Fəryad” filmi necə ərsəyə gəlib? – VİDEO

 

Xalq artisti Vaqif Mustafayev ssenari müəllifi olduğu “Fəryad” filminin tarixçəsindən danışıb.

Tacxeber.com xəbər verir ki, sənətçi bu barədə “O üz” proqramında açıqlama verib. O deyib ki, sözügedən ekran işinin ssenarisini 1 ay ərzində ərsəyə gətirib:

“Bura “Fəryad” filminin ssenarisini yazdığım yerdir. Mənim böyük bacımın evidir. Müdafiə Nazirliyinin üstündə yerləşən binadır. Burada eyvan var idi, indi bağlayıblar, o vaxt tam açıq idi. Bir ay bu küncdə dayanmışdım. Baxırdım, təsəvvür edirdim. Bura boş maşınlar gəlirdi, dolu gedirdi. Əsgərlərimiz olurdu maşında, baxıb təsirlənirdim. Mən xalq adamıyam, azərbaycanlıyam, sonra ssenarist, rejissor. Bizim mübarizəmizin, döyüşlərin haqsızlığa, ədalətsizliyə qarşı getdiyini hiss edirdim. Bir ay ərzində həmin ssenarini yazdım. Məqsədim o idi ki, əhvalatdan başqa həmin atmosfer yaransın. Müharibə, ermənilərin o vaxt siçovul kimi zirzəmidə yaşamaqları əks olunsun.

Bunları yaratmağa çalışdım və buna nail oldum. İzləyənlər bilirlər ki, baş qəhrəman ən əlverişsiz şəraitdədir, həm yaralıdır, həm də əsirdir. Məqsəd o idi ki, həmin şəraitdə olan azərbaycanlı ermənilərdən üstün olsun. Belə də olur. Bizim bir yaralı əsgərimizi 10 erməni ilə dəyişirlər. Filmin ərsəyə gəlmə prosesi hamıya çətin idi. Əgər insan əsl sənətkardırsa, sənətlə məşğul olursa, çətindir. Ceyhun Mirzəyevin və çəkiliş qrupunun üstünlüyü onda idi ki, ssenarini necə yazmışdımsa, elə də çəkiblər. Ona görə də film uğurlu alınıb. Bu ssenarini mən daxilimdən keçirmişəm, əsərimdir. Bu roman, povest, nəsr ola bilərdi. Film olmağını istəyirdim, hətta özüm çəkəcəkdim. Amma istədim ki, Ceyhun da bizə qoşulsun. İşimizi böldüm, mən yazdım, Ceyhun da çəkdi”. (OLAY)

Oxşar xəbərlər

Sən görən dünyadı, Cavid Əfəndi…

redaktor

92 yaşlı əfsanəvi fransız aktyor Pyer Rişarın uzunömürlülüyünün və xoşbəxtliyinin sirri

admin

Sənətkarı ələ öyrətmək sənətin ruhunu və azadlığını əlindən alır

redaktor