22.5 C
Bakı
28 İyun 2026 13:35
Dünya

Yapon seysmoloqdan qorxunc İstanbul proqnozu: “Bu iki xətt qırılsa…” (Video)

Türkiyənin Kahramanmaraş vilayətində baş verən şiddətli zəlzələlərdə minlərlə insanın həyatını itirməsindən sonra İstanbulda mümkün zəlzələnin nə vaxt olacağı da maraq doğurur.

Teleqraf.com xəbər verir ki, yapon seysmoloq Yoşinori Morivaki gözlənilən İstanbul zəlzələsi ilə bağlı mühüm açıqlama verib.

Mütəxəssis İstanbulda tək bir qırılma olarsa 7 bal, iki qırılma olarsa 7.5 bal gücündə zəlzələ ola biləcəyini iddia edib.

Zəlzələnin nə vaxt baş verəcəyinə gəlincə, Morivaki deyib: “Araşdırmalara görə, 60-70 faiz ehtimalla 23 ildən sonra baş verə bilər”.

“İstanbulun hansı əraziləri zəlzələlərə daha davamlıdır” sualına, boğazın hər iki tərəfinin möhkəm olduğu cavabını verib:

“Beşiktaş, Şişli, Məcidiyəköy və Ataşəhir yaxşıdır”.

Morivaki Avcılar, Küçükçəkməcə və Büyükçəkməcədə layların daha yumşaq olduğunu vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Rusiya hücum fəallığını bərpa edib və dünyanı aldatmağa çalışır” – Zelenski

redaktor

Rus neftinin pulları Ukraynaya verilə bilər

admin

Ukraynada qadınlar da döyüşə çağırılacaq?

redaktor