21.6 C
Bakı
28 İyun 2026 07:41
Dünya

İrandan gətirilən tonlarla portağal məhv edildi

İrandan gətirilən tonlarla portağal məhv edildi

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Tacxeber.comxəbər verir ki, “Best Supply Company” MMC-nin İran İslam Respublikasından idxal etdiyi 19 400 kq portağal məhsuluna Agentliyin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında karantin tətbiq olunan zərərli orqanizm – Sitrus tristeza virusu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul edilib. Zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyası Sumqayıt Şəhər Poliqonunda məhv edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Müəllimə şagirdi ilə intim münasibətə girdi və şantajın qurbanı oldu.

admin

Avropanın 6 ölkəsi yeni dəhlizlə bağlı saziş imzaladı

admin

“Putinlə görüşməyə hazıram” – Zelenski

redaktor