37 C
Bakı
13 İyul 2025 16:29
GündəmSiyasət

Deputatdan İLGİNC AÇIQLAMA: “Bir erməni oğurluq edibsə, hamısını günahlandırmaq olmaz”

 

Türkiyədə baş vermiş zəlzələ səbəbindən axtarış işlərinə cəlb edilən erməni xilasedicilərin soyğunçuluqla məşğul olduqları üzə çıxıb. Belə ki, Milli İstihbarat Təşkilatının (MİT) Adıyamanda zəlzələ zamanı dağılmış evdən qarət və oğurluq etdiklərinə görə Arsen Qazaryan və Vahan Sürmalyanı həbs edib.Onların üzərindən zəlzələdə ölən Türkiyə vətəndaşlarının qızıl-zinət əşyaları aşkarlanıb. Məsələ münasibət bildirən Milli Məclisin deputatı Aqil Abbas Demokrat.az-a açıqlamasında deyib ki, səsləndirilən iddialar bir qədər reallığı əks etdirmir: “Əslində, orada dəqiq nə baş verdiyini deyə bilmərəm. Əlimdə hər hansı sübutum  yoxdur. Ona görə də, kimisə günahlandırmaq doğru olmaz. İnsanları xilas etməyə gediblərsə, xilas etsinlər də! Düzdür, bunlar ermənidir. Nə desən gözləmək olar. Ancaq nə qədər mənfur düşmən olsalar da, orada insanlara kömək edirlər. Əgər bir erməni oğurluq edibsə, bunu hamıya şamil etməyi də düzgün hesab etmirəm. Onsuz da tək ermənilər yox, başqaları da bu cür faciədə xoşagəlməz davranışlar sərgiləyirlər. Hər halda, bütün bunlar insanlığa yaraşmayan addımlardır”.

Tacxeber.com

Oxşar xəbərlər

“Vaqner” necə yarandı, mənası nədir? – kölgədə qalmış olan yaradıcısı Utkin və…

redaktor

Paris-2024: Məryəm 35-ci oldu

admin

“Sosial şəbəkələr cəngəllik qanunları ilə idarə olunur” – Deputat

redaktor