Gündəm

Vardanyanın Moskvadan Xankəndiyə qayıtdığı bildirilir – Foto

 

Qarabağ separatçılarının qondarma “dövlət naziri” postunu tutan milyarder Ruben Vardanyanın Xankəndidə olduğu barədə məlumat yayılıb.

Yenisabah.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, Vardanyan fevralın 13-də tabeliyindəki “rəhbər heyətin” iştirakı ilə işçi məsləhətləşmə keçirib.

Bildirilir ki, mövcud vəziyyəti təqdim edən R.Vardanyan görüləcək çox işin olduğunu söyləyib. Onun separatçıların rəhbər heyətində təmsil olunan şəxslərə müxtəlif tapşırıqlar verdiyi deyilir.

Qeyd edək ki, Ermənistan KİV-ləri ötən həftə Ruben Vardanyaın Moskvaya getdiyini yazmışdı.

Həmin məlumatlarda bildirilirdi ki, Rusiyanın Qarabağla bağlı mövqeyini aydınlaşdırmaq üçün əvvəlcə Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan, ardınca isə Ruben Vardanyan Moskvaya gedib. Mətbuat bu iki şəxsin son vaxtlar yola getmədiyi və aralarındakı gərginliyin dərinləşdiyini yazır. Ehtimal olunur ki, Moskva onlardan hansı ilə işləyəcəyinə tezliklə aydınlıq gətirəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Bədr müqaviləsi: ABŞ-dan asılılığı azaltmağa yönələn yeni müdafiə əməkdaşlığı

redaktor

Prezidentin şəkli şahiddir ki…

admin

Bəziləri yazır ki, bizim Əli Kərimli Ərdoğana mesaj zəng etsə, nə baş verər?

redaktor