33 C
Bakı
18 İyul 2025 14:31
Hadisə

3 gün əvvəl köçdüyü evin altında qaldı: “Qızıma ev yox, məzar almışammış” – FOTO

 

Türkiyənin Kahramanmaraş şəhərində Şeyma Şimşək adlı qadın 2 gün əvvəl köçdüyü yeni evinin altında qalıb.

Tacxeber.comTürkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Hayrullah məhəlləsində baş verib.
Yerli mətbuata danışan Ş.Şimşəyin anası Nalan Şimşək evi 3 gün əvvəl qızına hədiyyə etdiyini bildirib. Yaşlı ana qızının sağ olaraq xilas edilməsini gözləyir.

“3 gün əvvəl ona ev almışdım, 2 gün əvvəl isə ora köçmüşdülər. Zəlzələdən əvvəl mənə görüntülü zəng edərək, evi göstərdi. Mənim üçün yataq otağı mebeli aldığını deyərək sürpriz etmək istədi. Hamama gedib daha sonra yatacağını demişdi. Qızım yox oldu. Ona ev yox, qəbir almışammış. Almaz olaydım”, – deyə ana söyləyib.

Oxşar xəbərlər

Tramp qatı cinayətkarları bu adaya sürgün edəcək – FOTO

admin

“Biri arvadını, biri sevgilisini deputat görmək üçün çalışır” — Partiya sədri QƏZƏBLƏNDİ

admin

Niyə Azərbaycan turizm gəlirlərində Ermənistan və Gürcüstandan geri qalır?

admin