25.3 C
Bakı
13 İyun 2026 13:00
Dünya

Boris Conson və Liz Trass böyük siyasətə qayıtmağı planlaşdırırlar

 

Böyük Britaniyanın keçmiş Baş nazirləri Boris Conson və Liz Trass böyük siyasətə qayıtmağa ümid edirlər.

Tacxeber.com xəbər verir ki, Trass Rişi Sunakın iqtisadi kursunu yanlış hesab edir.

O, ölkədə vergi yükünün azaldılması, mal və xidmətlərin istehsalının fəal şəkildə stimullaşdırılması zərurəti ilə bağlı məqalə dərc etməklə, hazırkı hökumət başçısı Rişi Sunakla qiyabi konfliktə girmək niyyətindədir.

Əslində, Trass özü vəzifədə olarkən məhz belə bir siyasət yürütmək niyyətində idi, lakin planı ölkə üçün həddindən artıq büdcə xərcləri tələb etdiyindən bazarlarda çaxnaşma yaradıb.

Keçmiş baş nazirin tərəfdaşlarının sözlərinə görə o, döyüşü uduzduğunu hesab edir, lakin bu, uzun oyundur. Başqa bir mənbənin məlumatına görə, Trass 2024-cü il ümumi seçkilərində məğlub olarsa və Sunakın istefası halında Mühafizəkarlar Partiyasına rəhbərlik edə biləcəyini düşünür.

Boris Consona gəlincə isə o, Londonun Ukrayna məsələsində qətiyyətli olmadığını düşünür.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə “seçki davası” – Ölü və yaralılar var

admin

Ukrayna ordusunun mətbuat katibinin gecə həyatı – VİDEO

redaktor

Türk seriallarına tələbat 184% artıb – Dəbdəbəli geyimlər, yaraşıqlı aktyorlar…

admin