24.5 C
Bakı
09 İyun 2026 17:29
Dünya

Tailand vətəndaşı Ermənistan prezidentini məhkəməyə verdi

 

Tailand vətəndaşı Ermənistan prezidentini məhkəməyə verib.

Tacxeber.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Məlumata görə, Tailand vətəndaşı Kaçaçat Bundi Ermənistanın İnzibati Məhkəməsinə prezident Vaaqn Xaçaturyana qarşı respublika vətəndaşlığının verilməsinə məcbur edilməsi tələbi ilə iddia qaldırıb. Qeyd olunur ki, məhkəmə iddianı icraata qəbul edib.

Qəzetin yazdığına görə, Bundi artıq beş ildir ki, Ermənistanda yaşayır. Burada o, Tayland restoranı açıb, iş yerləri yaradıb, hətta xeyriyyə işləri ilə məşğul olub. O, həm də Qladzor Universitetində aspirantdır.

Lakin Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkə prezidentinə mənfi rəy verərək, Bundiyə vətəndaşlıq verməməyi tövsiyə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Qarabağa səfər neçəyə başa gəlir? – Şuşada çay 41, Xankəndidə 3 manatdır

redaktor

Ukraynada döyüşən çeçenlər ciddi itki verib.

admin

Azərbaycanda oktyabr-dekabr aylarında epidemik alovlanmalar gözlənilir – RƏSMİ

redaktor