25.7 C
Bakı
13 İyun 2026 22:47
Gündəm

Azərbaycanda 5 yaşlı uşaq sistem köçürüləndən sonra dünyasını dəyişib – VİDEO

 

Şəkidə 5 yaşlı uşağa sistem köçürüləndən sonra dünyasını dəyişib. Valideynləri belə iddia edir.

Pravda.az xəbər verir ki, Şəki şəhəri Sarabski 6 ünvanında yaşayan Eyvazovlar ailəsinin 5 yaşlı üzvü qəfildən xəstələnib.

5 yaşlı qızı ötən gün Şəki Rayon Mərkəzi Xəstəxanasına gətiriblər. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

Valideynlərin iddiasına görə, azyaşlıya sistem qoşulandan sonra vəfat edib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından “Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirildi ki, azyaşlı 40.3 dərəcə temperaturla Təcili tibbi yardım şöbəsinə müraciət edib. Xəstənin vəziyyəti nəzərə alınaraq ona təcili həkim təyin edilib, müayinə olunaraq yardım göstərilib. Buna baxmayaraq xəstənin vəziyyəti pisləşib, reanimatoloq dəvət olunub, reanimasion tədbirlərin icra olunub, ancaq uşaq kəskin tənəffüz çatışmazlığından vəfat edib.

Faktla bağlı Şəki Şəhər Prokurorluğunda araşdırılmalar başlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Tehran Ərəfata “İsrail agenti” adı qoyaraq, onu …….

admin

Luiş Fiqu: “Ronaldonu ehtiyatda saxlayaraq dünya çempionu ola bilməzsiniz”

admin

Uşaq evində böyüyən şəhidin qardaşı: “Hərbçi yoldaşının qabağına keçərək şəhid olub”

admin