16 C
Bakı
25 Oktyabr 2026 12:26
Siyasət

Ərdoğan: “Hamı Rusiyayanın üzərinə getsə də biz bunu etmədik”

 

Türkiyənin qlobal siyasətdəki yeri və mövqeyi çox fərqlidir.

APA xəbər verir ki, bu barədə Muğlada gənclərlə görüşü zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Rusiya-Ukrayna müharibəsində ölkəsinin mövqeyindən danışan Ərdoğan Qara dəniz taxıl dəhlizində problemi həll edən ölkənin Türkiyə olduğunu deyib.

“Amma işimiz bitməyib. Hamı Rusiyayanın üzərinə getsə də biz bunu etmədik. Əksinə, biz cənab Putinlə münasibətlərimizi əvvəlki qaydada saxladıq. Hətta o, gözəl təkliflə çıxış edib: “Sizin pulsuz göndərdiyiniz taxılı fabriklərimizdə una çevirib kasıb Afrika ölkələrinə istədiyiniz kimi göndərəcəyik” dedik”, – deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, bu günə qədər məhsulların 44 faizi Avropaya, 14 faizi isə Afrikaya göndərilib.

Tacxeber.com

Oxşar xəbərlər

‘The Atlantic’: Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr planlaşdırır

admin

Danışıqlarda son durum…

redaktor

Gürcüstanda David Qareci ilə bağlı iddialara görə jurnalist dövlətə xəyanət ittihamı ilə saxlanılıb

admin