32.6 C
Bakı
26 İyul 2026 22:47
Dünya

Ovanesyan: “Bu, Ermənistan dövlətçiliyinin dağılmasını sürətləndirəcək”

 

Biz yeni faciəvi nəticəyə gətirib çıxaracaq yeni reallığa qədəm qoyduq.

Tacxeber.com xəbər verir ki, bunu “Alternativ layihələr” qrupunun eksperti Vahe Ovenasiyan deyib.

Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev eyni vaxtda “Ermənistan mifinə” son qoyublar.

O əlavə edib ki, cəmiyyətin 7-10%-i motivasiyalıdır, amma nə edəcəyini bilmir.

“Alternativ ideyaların olmamasından biganə qalan geniş kütlələr də var”- o qeyd edib.

Ekspert əmin olduğunu bildirib ki, narahatlıq siyasi məzmuna, ictimai prosesə çevrilsə, bu iki təbəqə səmərəli qarşılıqlı fəaliyyət göstərə bilər və nəticə verəcək.

“Əks halda narahatlıq panikaya çevriləcək və bu, dövlətçiliyin dağılmasını sürətləndirəcək”, – Ovanesyan bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Allah İrana nə deyir?

redaktor

Tramp 3-cü dəfə prezident ola bilərmi? ABŞ Konstitusiyası nə deyir?

redaktor

Xəzərdə yeni gərginlik: İran Ukraynaya sərt etiraz etdi

redaktor