Gündəm

Pakistan kəşfiyyatının 2-ci siması öldürüldü.

 

Pakistan kəşfiyyat agentliyinin direktor müavini Pəncab əyalətinin Multan şəhərinin Xaneval bölgəsində öldürülüb.

Tacxəbər “Associated Press”ə istinadla xəbər verir ki, o, naməlum silahlı şəxsin hücumuna məruz qalıb.

Direktor müavini ilə bərabər, başqa bir kəşfiyyat rəsmisi də qətlə yetirilib.

Pakistan polisi silahlı şəxsin sui-qəsdən sonra hadisə yerində iz qoymadan uzaqlaşdığını bildirib.

Hələlik ölkədə heç bir qrup, o cümlədən “Pakistan Talibanı” sui-qəsdə görə məsuliyyəti öhdəsinə götürməyib.

Rəsmi İslamabad terror barədə rəsmi açıqlama verməyib. (Yenisabah)

Tacxeber.com

Oxşar xəbərlər

Aydınlıqdan cəhalətə: Azərbaycan ziyalısının faciəsi

redaktor

Yaxşısı odur, bu söhbət bitsin…

redaktor

Laçında “LAÇIN” yazısının hər hərfinə 100 min manat xərclənəcək. Bir hərfə — 100 min manat

redaktor