16 C
Bakı
25 Oktyabr 2026 12:14
DünyaGündəm

Ukrayna ordusu Donetskdə təşəbbüsü ələ aldı – Rus qoşunları geri çəkilir

“Ukrayna Silahlı Qüvvələri şərq istiqamətində Rusiya qoşunlarını geri çəkilməyə məcur edir”.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Andrey Kovalev deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu Baxmutda da Rusiya qüvvələrini yavaş-yavaş geri itələyir.

Kovalev bütün səylərinə baxmayaraq, rusların Baxmutu ələ keçirə bilmədiklərini söyləyib:

“Donetsk istiqamətindəki qoşunlarımız yavaş-yavaş, amma əminliklə hər gün rus işğalçılarını geri itələyir. Terrorçu Priqojinə məxsus “Vaqner” özəl hərbi şirkəti isə Rusiyanın təcavüz və hərbi əməliyyatlar xəritəsindəki Baxmutda qələbə qazanmağa çalışır, amma buna nail ola bilmir”.

Kovalev əlavə edib:

“Kreminnaya və Baxmut rayonlarında döyüşlər davam edir. Ukrayna silahlı qüvvələri rus işğalçılarını geri itələyir və bu istiqamətdə təşəbbüs bizdədir”. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

‘The Atlantic’: Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr planlaşdırır

admin

Danışıqlarda son durum…

redaktor

Ağ rəngə divan tutan Qulu Məhərrəmli…

redaktor