25.7 C
Bakı
13 İyun 2026 22:29
Dünya

Türkiyədən kritik həmlə: Hərbi təyyarələri ard-arda endi

BƏƏ-nin FARAS beyin mərkəzi Türkiyə ilə bağlı diqqətçəkən material yayımlayıb.

Türkiyənin Liviyadakı hərbi varlığını gücləndirəcəyi qeyd edilən materialda Qərb ölkələrinin hesabatlarına istinad edilərək atılacaq addımlar incələnib.

FARAS-a görə, hava trafikini izləyən Qərb mənbələri Türkiyəyə məxsus 4 hərbi yük təyyarəsinin Liviyanın qərbindəki Vətiyyə hava bazasına endiyini bildirib. Liviyadakı mənbələr isə türk təyyarələrinin hərbi bazaya çatmasından bir neçə saat sonra 20 yük maşınının Tripoliyə doğru hərəkət etdiyini deyirlər.

Liviyanın yerli mənbələrindən əldə edilən digər məlumata görə, noyabrın 22-də türk hərbi freqatı Liviyanın qərbindəki Əl-Xums hərbi dəniz bazasına daxil olub.

Türkiyənin Liviyadakı fəallığının vaxtı da diqqət çəkib. Gəlişmə oktyabrda Türkiyə ilə Liviya arasında Liviyanın Aralıq dənizindəki neft-qaz yataqları ilə bağlı anlaşmanın imzalanmasından sonraya təsadüf edib.

Noyabrın 24-də isə Türkiyənin Liviyadakı qüvvələrinin komandanı Osman Aytaç Tripolidəki türk zabitləri ilə piyada, artilleriya və zirehli birliklərin məzuniyyət mərasimində iştirak edib. Həmin gün Liviya Milli Birlik Hökumətinin baş qərargah rəisi Məhəmməd Həddad Ankara ilə koordinasiyalı olaraq piyada və artilleriya briqadalarının yaradılması istiqamətində işlərin davam etdiyini bildirib.

Eyni zamanda, Türkiyənin Tripoli səfirliyinin təhlükəsizlik müşaviri Milli Birlik Hökumətinin Daxili İşlər Nazirliyinin müşaviri Mahmud Səid ilə görüşü zamanı iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq və təlimlərin təkmilləşdirilməsi üzrə birgə plan üzərində razılaşdıqlarını açıqlayıb. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya XİN ABŞ-ı nüvə silahı ilə hədələyib

redaktor

Bakıda bu qəsəbə söküləcək – AÇIQLAMA

admin

Tikilən “göydələn” metropolislə bağlı DƏHŞƏTLİ İDDİA: minlərlə insan həlak olub. QALMAQAL

admin