17 C
Bakı
25 Oktyabr 2026 16:46
Dünya

Rusiya Yeni il gecəsi Ukraynaya geniş miqyaslı hücum edib

Rusiya Yeni il gecəsi Ukraynaya geniş miqyaslı hücum edib

 

Rusiya ordusu Yeni il gecəsi Ukraynaya geniş miqyaslı hücum edib, Kiyevdə hava hücumundan müdafiə sistemi işə salınıb.

Bu barədə Tacxeber.com Ukrayna mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, 2023-cü il yanvarın 1-nə keçən gecə bütün Ukrayna ərazisində hava xəbərdarlığı elan edilib. Kiyev vilayəti hərbi administrasiyasının rəhbəri Aleksiy Kuleba qeyd edib ki, vilayətdə hava hücumundan müdafiə sistemi işə salınıb.

O, teleqram kanalında da vətəndaşları təhlükəsiz yerlərdə qalmağa çağırıb.

“Kiyev vilayəti. Hava hücumundan müdafiə işləri görülür”, – vilayət hərbi administrasiyasının rəhbəri bildirib.

Qeyd olunur ki, əvvəllər paytaxt və vilayət sakinləri partlayış səslərini eşidiblər, bundan sonra hava hücumu siqnalı verilib.

Eyni zamanda, Kiyevin meri Vitali Kliçko paytaxtda baş verən partlayışların Ukrayna hava hücumundan müdafiə sisteminin nəticələri olduğunu vurğulayıb:

“Paytaxtda partlayış səsləri eşidilir. Hava hücumundan müdafiə vasitələri işləyir”.

Tacxeber.com

Oxşar xəbərlər

‘The Atlantic’: Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr planlaşdırır

admin

Danışıqlarda son durum…

redaktor

Adolf Hitlerin Bavariya Alplarında yerləşən iqamətgahı yandırılıb

admin