23.4 C
Bakı
15 İyun 2026 15:47
Dünya

Kiyev: Krımın azad edilməsindən sonra oradakı Rusiya vətəndaşlarının qovulması qanuni prosesdir

2022/02/sddd-1644995895.jpg

 

Ukrayna qanunvericiliyini pozaraq işğal olunmuş Krım Muxtar Respublikasına gələn Rusiya Federasiyası vətəndaşları yarımadanın azad edilməsindən sonra orada qeyri-qanuni qaldıqları üçün oranı tərk etməli olacaqlar.

Tacxəbər “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Krımdakı daimi nümayəndəsi Tamila Taşeva bildirib.
“Müvəqqəti olaraq işğal olunmuş əraziyə, Krıma, qanunsuz şəkildə, miqrasiya qanunvericiliyi və sərhəd-keçid şərtlərini pozaraq gələn Rusiya Federasiyasının bütün vətəndaşları ərazilərin azad olunmasından sonra Ukrayna dövlətinin hüdudlarından kənara, Krımdan kənara çıxmalıdırlar”, – Prezidentin nümayəndəsi bildirib.
Taşevanın sözlərinə görə, işğal olunmuş ərazilərdə yaşamaq və giriş icazəsi almalı olan əcnəbilərin sayı 500 mindən 800 minə qədərdir.
Məmur Rusiyanın guya “krımlıların deportasiyası” olacağı ilə bağlı həqiqətəuyğun olmayan bəyanatlarını da təkzib edib:
“Hansı krımlılar? Söhbət krımlı olmayan Rusiya vətəndaşlarından gedir. Onlar Krım ərazisində müvəqqəti yaşayan şəxslərdir. Onların ölkədən çıxarılması tamamilə qanuni prosesdir… Hər hansı bir ölkənin vətəndaşı sərhədi qanunsuz keçərsə, məcburi qovulmağa məruz qalır. Ona görə də bunu tətbiq edəcəyik”. (Ordu.az)

Tacxeber.com

Oxşar xəbərlər

Alla Puqaçova müsahibəsində Müslüm Maqomayev və Fərman Salmanov haqda danışdı

redaktor

“Donald Tramp”, necə deyərlər, yağışdan çıxıb, yağmura düşdü

redaktor

Osmanlı sultanlarının ulu anası Nilufer xatunun Bursada Orhan Qazi türbəsindəki məzarı.

admin