30 C
Bakı
10 Avqust 2025 20:53
İdman

Pelenin ölümündən sonra 10 nömrəli forma istifadədən çıxarıldı – FOTO

Braziliyanın “Santos” klubu əfsanəvi Pelenin ölümündən sonra müvəqqəti olaraq 10 nömrəli formanı istifadədən çıxarıb.

Bu barədə “Santos” klubunun prezidenti Andres Rueda məlumat verib.

Nömrənin nə qədər müddət istifadə olunmayacağı ilə hələki dəqiqləşdirilməyib. Lakin tamamilə ləğv olunması ehtimalının olduğu bildirilir. Hazırda “Santos”da 10-cu nömrə venesuelalı yarımmüdafiəçi Eferson Soteldoya məxsusdur.

Pele 1956-1974-cü illərdə “Santos”da çıxış edib. Komandanın tərkibində o, altı dəfə ölkə çempionu olub, beş dəfə Braziliya kubokunu əldə edib. “Santos” iki il dalbadal Libertadores Kubokunu qazanıb. Ümumilikdə görkəmli hücumçu komandanın heyətində 496 oyun keçirib və 504 qol vurub.

Daha əvvəl isə bildirilmişdi ki, “Santos”un keçmiş hücumçusu Pelenin ailəsi bununla bağlı kluba müraciət edəcək və futbolçunun çıxış etdiyi “əfsanəvi 10 nömrə”nin tamamilə istifadədən çıxarılmasını xahiş edəcək.

Məlumata görə, Pelenin yaxınları hesab edir ki, “Santos”da başqa heç kim 10 nömrəli formanı geyinməməlidir. Yaxın vaxtlarda kluba bu barədə rəsmi müraciət göndəriləcək.

Tacxeber.com

Oxşar xəbərlər

Teymur Rəcəbov ikinci dəfə ata oldu – FOTO

admin

Ərdoğan digər rəsmilərlə basketbol oynadı – VİDEO

redaktor

“Görünür, futbolçular lap yaxşı istirahət ediblər” – Qurban Qurbanov

admin