25.3 C
Bakı
13 İyun 2026 13:50
Gündəm

“Optimal Elektronika”da nə baş verir? – Direktorun ölkədən çıxşına “stop” qoyulub, maaşlar isə verilmir

 

“Optimal Elektronika” MMC-nin təsisçisi və baş direktoru Əsgərov Əhəd Tofiq oğlunun ölkədən çıxışına qadağa qoyulub.

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Əhəd Əsgərovun ölkədən çıxışının məhdudlaşdırılması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İşə hakim Leyla Əliyevanın sədrliyi ilə baxılaraq, onun ölkədən çıxışına “stop” qoyulub.

Digər məlumata görə, iş adamının təsisçisi olduğu “Stentor” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 milyon 23 min 752 manat 6 qəpik borcunu ödəsə də, yerli və xarici şirkətlərə olan milyonlara manat borcu aylardır ödəyə bilmir.

Son bir ildə 82 filialından 39-u bağlanan “Optimal Elektronika” MMC-nin aylardır işçiləri də maaşların ala bilmir. Əməkdaşların 70 faizi işdən çıxsa da, bir neçəsi əmək haqqlarının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. Bəzi işçilər isə məcburi qaydada öz hesablarına məzuniyyətə göndərilib.

Məsələ ilə bağlı “Optimal Elektronika” MMC-yə müraciət etdik. Şirkətdən məhkəmə işlərinin olduğu təsdiqlənsə də, sorğumuza daha ətraflı yaxın vaxtlarda cavab verəcəklərini bildirdilər. (Pravda)

Tacxeber.com

Oxşar xəbərlər

Əlilliyi olan şəxslərə kredit verilmir? – AÇIQLAMA

redaktor

Niyaməddin Musayev mahnısını oxuyanlara nə dedi?

redaktor

Kadırov ilk dəfə döyüşçülərinin öldüyünü ETİRAF ETDİ: “23 nəfər ölüb, 58-i yaralanıb”

admin