17 C
Bakı
25 Oktyabr 2026 16:42
Gündəm

Qurban Qurbanov “Qarabağ”dan gedir? – Təklif alıb

 

“Desəm ki, bu gün xaricdə işləmək istəyirəm, ya istəmirəm… Məncə, insanların da fikrini yayındırmamaq lazımdır”.

Tacxəbərxəbər verir ki, bu sözləri Qol.az saytına eksklüziv müsahibəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Ağdam klubunun çalışdışdırıcısı son vaxtlar xarici klublardan dəvət alıb-almaması haqda suala cavab olaraq bildirib:

“Ümumiyyətlə, belə təklif, fikir olanda yoluna qoyulur. Son vaxtlar bəzi zənglər var. Amma “Qarabağ” bizimdir. İstəyirik, nə qədər gücümüz, nəfəsimiz var, burda nələrsə edək”.

Q.Qurbanov konkret ölkə və klub adı çəkməsə də, həmin təkliflərin Azərbaycana yaxın ölkələrdən olduğunu bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Ağ rəngə divan tutan Qulu Məhərrəmli…

redaktor

Elnarə Qasımova həbsxanadan yazır:

admin

“Middle East Eye”: “Bakı Ankaradan Ərdoğanın müşavirini vəzifədən çıxarmağı tələb edib”

admin