Kriminal

Türkiyə Kiprdə əməliyyat keçirdi – Təşkilat lideri saxlanıldı

Türkiyənin Adana, İstanbul, Nevşehir şəhərlərində və Şimali Kipr Türk Cümhuriyyətində “Deveciler” adlı cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib.

Əməliyyatla bağlı açıqlama verən daxili işlər naziri Süleyman Soylu eyni vaxtda 49 ünvana təşkil edilən basqında cinayətkar təşkilatın zərərsizləşdirildiyini və liderinin saxlanıldığını deyib.

Əməliyyata polis xüsusi təyinatlıları cəlb olunub.

Əməliyyatda cinayətkar təşkilatın lideri olduğu bildirilən Cumali İncəsoy və aralarında oğlunun da olduğu 40 şübhəli saxlanılıb.

Cumali İncesoy iki mühafizəçisi ilə Kiprdə, oğlu isə İstanbuldakı lüks malikanəsində yaxalanıb.

Əməliyyat keçirilən ünvanlardan çoxlu sayda silah-sursat müsadirə edilərək götürülüb. (Tacxeber.com)

Tacxeber.com

Oxşar xəbərlər

Putin polisi rusiyalıların internetdə “cinayətlərini” daha fəal axtarmağa çağırıb

redaktor

Polis, DTX şübhəli şəxsləri niyə qətlə yetirir?

redaktor

“Mən cinayət törətməmişəm. Lakin mənə qarşı cinayət törədilib…”

redaktor