Siyasət

Rusiyadan Yunanıstana ciddi xəbərdarlıq

Rusiyadan Yunanıstana ciddi xəbərdarlıq

 

Yunanıstanın Ukraynaya S-300 havadan müdafiə sistemləri verməsi Moskva və Afina arasındakı müqavilənin pozulması anlamına gələcək.

Tacxeber.comxəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Ukraynaya göndərilən istənilən hərbi təchizat qanuni hədəf olaraq qəbul ediləcək:

“Rusiya və Yunanıstan arasında 30 oktyabr 1995-ci il tarixli hərbi-texniki əməkdaşlıq üzrə və 3 dekabr 2013-cü il tarixli hərbi ləvazimatların tədarükü ilə bağlı hökumətlərarası müqavilələrin ciddi şəkildə pozulmasından danışırıq. Bu maddələr onlara verdiyimiz hərbi texnikanın razılığımız olmadan üçüncü tərəflərə verməsini qadağan edir. Öhdəliklərin pozulması ciddi nəticələrə gətirib çıxara bilər. Hələ Yunanıstanın müdafiə qabiliyyətinin ciddi şəkildə zəifləməsindən danışmırıq”, – deyə XİN sözçüsü bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Polşada hakimiyyət böhranı: Prezidentin ultimatumu sabah bitir

redaktor

Bu gün Mustafa Kamal Paşa Atatürkün anım günüdür

redaktor

Əbu-Dabidə Ukrayna danışıqları başlayır: Dönüş olmayacağının 5 səbəbi

admin