DünyaSiyasət

Zelenski ABŞ-yə gedir – AÇIQLAMA

 

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü Vaşinqtona səfərə gedir.

Tacxeber.com xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Bildirilir ki, Zelenski Konqresin iclasında iştirak edəcək. Bu onun Ukraynada müharibə başlayandan bəri ABŞ-yə ilk şəxsi səfəri olacaq.

“Axios”a məlumat verən mənbələr bildirib ki, səfərin təfərrüatları hələ razılaşdırılmasa da, ABŞ Kapitol polisi çərşənbə günü mümkün səfər üçün təhlükəsizliyi gücləndirir.

Mənbələrdən biri bildirib ki, Zelenskinin səfəri təhlükəsizlikdən asılıdır.

Onun Ukraynaya göstərilən milyardlarla dollar yardıma görə millət vəkillərinə təşəkkür edəcəyi, həmçinin maliyyənin artırılmasına ehtiyac olduğunu izah edəcəyi gözlənilir.

Tacxeber.com

Oxşar xəbərlər

Trampın sosial şəbəkəsi debatdan sonra dəyər itirdi

admin

Səudiyyəli futbolçular hələ də vəd edilən “Rolls-Royce”larını almayıblar

admin

“Bitcoin” bu gün niyə ucuzlaşdı? Səbəbi məlum oldu

admin