DünyaSiyasət

Paşinyanın Moskva səfərləri: seçki öncəsi balans oyunu

Ermənistanın baş naziri Nikol Paşinyan-ın tez-tez Rusiyaya səfərləri və Kremlin sahibi Vladimir Putin ilə görüşləri təsadüfi deyil. Bu təmasların əsas məqsədi parlament seçkiləri ərəfəsində Moskvanın mümkün təsirlərini neytrallaşdırmaq cəhdidir.

Kreml Paşinyanın seçkidə qələbəsinə mane olmaq üçün radikal müxalifətə maliyyə dəstəyi verə bilər. Bundan əlavə, Paşinyan hesab edir ki, seçkiöncəsi dövrdə Ermənistan hökumətinə qarşı kiberhücumların təşkili də istisna deyil. Bu riskləri azaltmaq üçün o, yenidən Putinin hüzuruna yollanır.

Digər tərəfdən, Putin Ermənistanla bağlı planlarını geri çəkmək müqabilində Paşinyandan Rusiyanın regiondakı maraqlarını nəzərə almasını tələb edəcək. Lakin Paşinyanın bu tələbləri tam şəkildə qəbul etməsi gözlənilmir. Bu isə Kremlin seçkiqabağı təsir alətlərindən imtina etməyəcəyini göstərir.

Bununla belə, Paşinyan Putinə izah etməyə çalışacaq ki, məğlubiyyət ehtimalı yüksək olan erməni müxalifətinə dəstək verməkdənsə, mövcud hakimiyyətlə əməkdaşlığı davam etdirmək Rusiya üçün daha məqsədəuyğundur.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Gümrüdə velosiped sürən Nikola sahibsiz itlər hücum etdi

redaktor

Sabahın hava proqnozu açıqlandı: Külək əsəcək, yağış yağacaq

redaktor

Rusiyanın dronu Rumıniyanın hava məkanında!

admin