26.5 C
Bakı
11 İyul 2026 00:33
DünyaSiyasət

Zelenski ABŞ-yə gedir – AÇIQLAMA

 

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü Vaşinqtona səfərə gedir.

Tacxeber.com xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Bildirilir ki, Zelenski Konqresin iclasında iştirak edəcək. Bu onun Ukraynada müharibə başlayandan bəri ABŞ-yə ilk şəxsi səfəri olacaq.

“Axios”a məlumat verən mənbələr bildirib ki, səfərin təfərrüatları hələ razılaşdırılmasa da, ABŞ Kapitol polisi çərşənbə günü mümkün səfər üçün təhlükəsizliyi gücləndirir.

Mənbələrdən biri bildirib ki, Zelenskinin səfəri təhlükəsizlikdən asılıdır.

Onun Ukraynaya göstərilən milyardlarla dollar yardıma görə millət vəkillərinə təşəkkür edəcəyi, həmçinin maliyyənin artırılmasına ehtiyac olduğunu izah edəcəyi gözlənilir.

Tacxeber.com

Oxşar xəbərlər

Kreml açıqlamasında maraqlı və xeyli mühüm məqamlar var

redaktor

Türkiyənin Rusiyadan S-400-ləri kimə satdığı məlum olub

redaktor

Çin Putinə qarşı qadağa qoyub

redaktor