17 C
Bakı
28 Oktyabr 2026 15:07
Dünya

Zelenski – “İran Rusiyaya daha 250 dron tədarük edib”

Zelenski - "İran Rusiyaya daha 250 dron tədarük edib"

 

“Rusiya İranın kamikadze-dronlarından və raketlərdən ilk növbədə energetika obyektlərinə zərbələr üçün istifadə edir…”

“22 milyon ukraynalı elektrik enerjisiz, 10 milyon insan susuz və istiliksiz qalıb…”

Rusiya İranın daha 250 ədəd “Shahed” dronlarının yeni partiyasını alıb.

Tacxeber.comxəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Birləşmiş Krallığın Birləşmiş Ekspediyisıya Qüvvələri liderlərinin (JEF) görüşündə bəyan edib.

Onun sözlərinə görə, bazar ertəsi, dekabrın 19-a keçən gecə Rusiya Ukraynaya məhz bu partiya dronlarla hücum edib.

Bundan öncə İranın 20 “Shahed” dronları ilə hücumu barədə Kiyev hərbi administrasiyasının rəhbəri Sergey Popko məlumat verib. HHM sistemi ilə onlardan 15-i vurulub, o, deyib.

Ukrayna prezidenti xatırladıb ki, Rusiya İranın kamikadze-dronlarından, habelə raketlərdən ilk növbədə energetika obyektlərinə zərbələr üçün istifadə edir.

“Dekabrın 16-da axşam 22 milyon 408 min ukraynalının elektrik təchizatı kəsilib. On milyondan çox insan su və istilikdən məhrum olub”, – Zelenski deyib.

Tacxeber.com

Oxşar xəbərlər

Cəmiyyəti ən çox məsuliyyətsiz ziyalılar yanıldır

redaktor

Ramiz Mehdiyevin minlərlə mənzili: Hamısı dövlətə qaytarılacaqmı?

redaktor

Ayzenkot dövrü başlayır? İsraildə siyasi balans dəyişə bilər

redaktor