16 C
Bakı
25 Oktyabr 2026 10:57
Siyasət

“Rusiya bizi Azərbaycanla müharibəyə sürükləmək istəyir” – Xaçatryan

“Rusiya bizi Azərbaycanla müharibəyə sürükləmək istəyir” - Xaçatryan

 

“Rusiya Ermənistanı Azərbaycanla müharibəyə çəkmək istəyir”.

Tacxeber.comxəbər verir ki, bu barədə çərşənbə günü Ermənistan parlamentinin tribunasında hakim “Mülki müqavilə” fraksiyasının deputatı Vigen Xaçatryan bildirib.

“Mən əminəm ki, Rusiya bizi Azərbaycanla müharibəyə sürükləmək istəyir. Məncə, Rusiya Qarabağdan əl çəkməyə və bunun müqabilində Ermənistanı Azərbaycandan almağa çalışır. Biz bunu başa düşməli və birbaşa Azərbaycan və tərəfdaşlarımızla danışıqlara başlamalıyıq. Bir daha deyirəm ki, Rusiya bizi müharibəyə sürükləmək istəyir”,- deyə Xaçatryan qeyd edib.

O, həmçinin hesab edir ki, yaranmış vəziyyət Ermənistanın Qarabağla bağlı Rusiyanın mövqeyini bölüşməsinin “cəzasıdır”.

“Qərbə üz tutmaq lazımdır. Əcnəbi həmkarlar bizə kömək etsinlər və tələb etsinlər ki, Rusiya da öz öhdəliklərini yerinə yetirsin, ya da öhdəliklərdən imtina etsin”,- deyə o, əlavə edib.

Xatırladaq ki, bir gün əvvəl Ermənistanın keçmiş vitse-spikeri , “Ermənistan” müxalifət fraksiyasının deputatı İşxan Saqatelyan bəyan edib ki, mövcud vəziyyət Ermənistan hakimiyyətinin siyasətinin nəticəsidir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların qanunsuz davranışı ucbatından monitorinq baş tutmayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Danışıqlarda son durum…

redaktor

Gürcüstanda David Qareci ilə bağlı iddialara görə jurnalist dövlətə xəyanət ittihamı ilə saxlanılıb

admin

Türkiyədən gələ biləcək təhlükələrdən necə qorunmalı?

redaktor