22.8 C
Bakı
10 İyun 2026 01:48
Kriminal

Tarix müəllimi ingilis dili müəllimini görün niyə öldürüb – Qətlin şok təfərrüatı

Tarix müəllimi ingilis dili müəllimini görün niyə öldürüb - Qətlin şok təfərrüatı

 

Gəncədə 2 nəfərin ölümü, 2 nəfərin bıçaqlanması ilə nəticələnən insidentin bəzi təfərrüatı məlum olub.

Tacxeber.comxəbər verir ki, dava qohumlar arasında baş verib.

Hətta öldürülən Əli Bayramov Kamal Bayramovun 3 ay evində qalıb. Bu müddət ərzində Ə.Bayramov ailədən olan bir nəfərdən ilk dəfə 5 min, ikinci dəfə isə 2700 manat alıb. Amma pulları qaytarmayıb. Mübahisə də bu səbəbdən yaranıb.

Kamal Bayramovun anası Ofelya Bayramova hadisənin bəzi təfərrüatları haqqında məlumat verib:
“Dünən bu vaxtı Əlinin qaynanasına zəng etdim ki, bizim pulumuzu alıb qaytarsın. Telefonu qadının əlindən alaraq dedi ki, tapancam var gəlib sizi öldürəcəm. Sonra isə hazırda yaralı olan oğluma dedi ki, filan yerə gəl. Mən qoymadım və qapını bağladım. Sonra işə getdim. Qayıdan zaman eşitdim bu hadisə baş verib”,- deyə O.Bayramova bildirib.

Məlumat üçün bildirək ki, qətli törədən K.Bayramov tarix müəllimi, qətlə yetirilən Ə.Bayramov isə Daşkəsən rayonunda ingilis dili müəllimi işləyib.

Tacxeber.com

Oxşar xəbərlər

Sumqayıtda qətl törədən şəxsin ailəsindən açıqlama: “Həmin günü işə gedib” – VİDEO

admin

FACİƏLİ ÖLÜM ÖPÜŞÜ – Məhbusa narkotiki bu üsulla ötürdü

admin

Duginin qızını Ukrayna kəşfiyyatı öldürüb – Federal Təhlükəsizlik Xidməti

admin