Dünya

Sülhməramlılar aksiyanın keçirildiyi əraziyə modul tipli yataqxanalar gətirib

Sülhməramlılar aksiyanın keçirildiyi əraziyə modul tipli yataqxanalar gətirib

 

Azərbaycandakı müvəqqəti Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda – azərbaycanlı aktivist və QHT nümayəndələrinin etiraz aksiyası keçirdiyi ərazidə modul tipli yataqxanalar quraşdırmaq niyyətindədir.

Tacxeber.com xəbər verir ki, yataqxanalar “Kamaz” markalı yük maşını ilə əraziyə gətirilib.

Modul tipli yataqxanaların yük maşınından götürülərək yerə qoyulması üçün qaldırıcı kran da gətirilib

Ehtimal edilir ki, sülhməramlılar aksiyaların gecəyə qədər davam edəcəyi qənaətinə gəliblər.

Modul tipli yataqxanalar şəxsi heyəti qida və istirahətlə təmin etmək üçündür.

Tacxeber.com

Oxşar xəbərlər

İran Bəhreyndə ABŞ hərbi obyektinə zərbələr endirib. Hədəf radar sistemləri olub

redaktor

Zelenski antikorrupsiya qurumlarına qarşı kampaniyaya başlayıb

redaktor

“Öz həyat yoldaşın da insan alverçisi ola bilər” — Ermənistandan qurbanların hekayələri

admin