Dünya

Rusiya Ukraynada dalana dirənib – Kəşfiyyat

 

 

“Rusiya quru qoşunlarının yaxın bir neçə ay ərzində Ukraynada əhəmiyyətli irəliləyiş əldə etməsi ehtimalı yoxdur”.

Tacxəbər “Report”-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən açıqlayıb.

Nazirlik Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskovun Ukraynadakı müharibə ilə bağlı son açıqlamasını xatırladıb.

“O, Rusiyanın əsas məqsədlərindən birinin Donbas və Ukraynanın cənub-şərqində yaşayan sakinlərin “müdafiəsi” olduğunu bildirib, lakin bu ərazilərin “azad edilməsi” ilə bağlı hələ çox iş görülməli olduğunu iddia edib. Peskovun şərhləri Rusiyanın müharibənin hazırkı minimum siyasi məqsədlərinin dəyişməz qaldığını göstərir. Rusiya çox güman ki, hələ də bütün Donetsk, Luqansk, Zaporejye və Xerson vilayətlərinə nəzarəti genişləndirmək niyyətindədir”, – Britaniyanın Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Rusiya ordusunun təlimatçıları hələ də Donetsk vilayəti istiqamətində irəliləməyə üstünlük verirlər: “Amma Rusiyanın öz məqsədlərinə çatma ehtimalı azdır”.

Tacxeber.com

Oxşar xəbərlər

Yaxın Şərqi yenidən formalaşdırırıq, İranın “şər oxu”nu məhv edəcəyik – Netanyahu

redaktor

“İcra başçısının müavini bir il bizim haqqımızı yedi“ – Şəhid atası

redaktor

“ABŞ digər ölkələrə məlum olmayan silahlara sahibdir” – Tramp

redaktor