16 C
Bakı
25 Oktyabr 2026 11:45
Cəmiyyət

AQTA xəbərdarlıq etdi

AQTA xəbərdarlıq etdi

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) saxta spirtli içkilərlə bağlı xəbərdarlıq edib.

Tacxeber.comxəbər verir ki, yeni il qabağı spirtli içkilərin kütləvi istehlakını nəzərə alaraq AQTA əhalini diqqətli olmağa çağırır.

“Təəssüflə bildiririk ki, bayram ərəfəsində kustar üsulla spirtli içki hazırlayaraq insan sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan “işbaz”lara rast gəlinir. Son vaxtlar ATQA tərəfindən həyata keçirilən monitorinq zamanı marketlərdə xeyli sayda saxtalaşdırılmış müxtəlif növ spirtli içki aşkarlanıb. Belə ki, cari ilin noyabr ayı ərzində həyata keçirilən yoxlamalar zamanı 8 ticarət obyekti və 3 ictimai iaşə müəssisəsində, ümumilikdə, 406 ədədsaxta alkoqollu içki aşkar olunub. Bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb” – məlumatda qeyd olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün Mərdəkanda liderlik savaşı – “Qarabağ” “Sabah”a qarşı

admin

Ağ rəngə divan tutan Qulu Məhərrəmli…

redaktor

Rövşən Nəcəf eşqbazlığı dillərə dastan olan kadrından VAZ KEÇİR?

admin