Gündəmİdman

Türkiyə millisi İrəvanda Ermənistanla qarşılaşacaq

 

Futbol üzrə Türkiyə milli komandasının 2024-cü il Avropa çempionatının (AVRO-2024) seçmə mərhələsinin D qrupunda gələn ilin martında Ermənistan və Xorvatiyaya qarşı keçirəcəyi oyunların məkanları müəyyənləşib.

Tacxeber  Türkiyə Futbol Federasiyasına istinadən bildirir ki, ay-ulduzlu komanda AVRO-2024-ün seçmə mərhələsində ilk oyununda martın 25-i şənbə günü paytaxt İrəvanda Ermənistanla qarşılaşacaq. Respublika stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Millilər D qrupunda ikinci matçında 28 mart çərşənbə axşamı Bursada Xorvatiyanı qəbul edəcək. Bursa Böyükşəhər Bələdiyyəsi Stadionunda keçiriləcək qarşılaşmanın başlama saatı 22:45 olaraq müəyyənləşib. (Bakupost)

Tacxeber.com

Oxşar xəbərlər

Ronaldo birinci, Messi ikincidir – Siyahı açıqlandı

redaktor

“Bandotdel”dən ƏMƏLİYYAT: “Whatsapp”da minlərlə insanı aldadanlar tutuldu – VİDEO

admin

“Hökumətin dərdi, bir tərəfdən, millətin dərdi, bir tərəfdən, insanın beynini xarab edir”

redaktor