22.6 C
Bakı
29 İyun 2026 09:48
Hadisə

Gəncədə evdə partlayış baş verib, xəsarət alan var

Gəncədə evdə qaz balonu partlayıb.

Tacxeber.com APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1981-ci il təvəllüdlü Günay Ələkbərova bədənin müxtəlif hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 41 yaşlı qadın yaşadığı evdə qaz balonunun partlaması nəticəsində yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Fazil Qasımovun müdafiəsinə yeni qoşulmuş vəkil məhkəmədən vaxt istədi

admin

Yasamalda 3 nəfərin dünyasını dəyişdiyi yanan bina ilə bağlı jurnalist Heydər Mirzənin yazısı

admin

“Titanik” gəmisini görmək üçün gedən və batan qayığın qəzasının təfərrüatları

admin