Dünya

Rusiya PUA istehsal edə bilmir – Səbəb

 

Rusiya yerli istehsal olan “Orlan-10” kəşfiyyat PUA-larının çatışmazlığını hiss edir.

 

Tacxeber xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşrində dərc olunan məqalədə bildirilib.

“Ukrayna hərbçiləri bildiriblər ki, ruslar “Orlan” əvəzinə bəzi başqa pilotsuz təyyarələrdən istifadə etməyə başlayıblar ki, bu da dolayısı ilə düşmənin bu tip PUA çatışmazlığını təsdiqləyir.

Rusiyanın “Orlan”a alternativ tapması çətin olacaq. Rusiya hərbi sistemləri, xüsusilə pilotsuz təyyarələr ABŞ, Avropa və Asiyada istehsal edilən mikroelektronik komponentlərdən asılıdır. Moskva indi sanksiyalara görə onları almaqda çətinliklər yaşayır”.

Bundan əlavə, sentyabr ayında Rusiya Müdafiə Nazirliyi yerli silah mütəxəssislərinin hazırladıqları pilotsuz uçuş aparatlarının müvafiq taktiki və texniki tələbləri yerinə yetirə bilmədiyini təsdiqləyib.

Tacxeber.com

Oxşar xəbərlər

İranın nüvə silahına sahib olması Azərbaycan və Türkiyə maraqlarına uyğundurmu?

admin

Almaniyanın Ukraynaya maliyyə yardımı büdcəsindən 1 milyard avro “yoxa çıxıb”

redaktor

Putin vaxt uddu, yoxsa ?

admin