Hadisə

Qətlə yetirilən şagirdin oxuduğu məktəbin direktorundan AÇIQLAMA

Şağan Olimpiya İdman Kompleksində qətlə yetirilən Yevlaxın Hacıselli kənd orta məktəbinin XI sinifində təhsil alan 2006-cı il təvəllüdlü Turan Rüstəmovun oxuduğu məktəbin direktoru danışıb.


Tacxeber.com xəbər verir ki, hadisə ilə bağlı sözügedən məktəbin direktoru Xəlilova Günay “Tehsil.biz”ə açıqlama verib.

Məktəb direktoru T.Rüstəmovun sakit, tərbiyəli, həmçinin məsuliyyətli şagird olduğunu bildirib:

“Turan barədə bu xəbəri heç gözləmirdik. Hansısa mərdiməzarın qurbanı oldu. Məktəbimiz üçün gözlənilməz, acı xəbərdi. Hələ də özümüzə gələ bilmirik. Dərslərinə bacardığı qədər fəal yanaşırdı. İdman dərsinə çox marağı var idi. Tez-tez anasına “çalışıb məşhur idmançı olacağam, çox pul qazanıb səni işləməyə qoymayacağam” deyirdi. Allah rəhmət eləsin!”

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda film kimi olay: Ofisiant müştərinin BMW-sini oğurlayıb şəhərə gəzməyə çıxdı – FOTO/VİDEO

redaktor

Meksikada şəhər meri postuna namizəd güllələndi – CANLI YAYIMDA QƏTL (VİDEO)

redaktor

Qazaxıstanda iğtişaşların təşkilində təqsirli bilinən “Vəhşi Arman” həbsxanada özünə qəsd etdi

redaktor