29 C
Bakı
16 Avqust 2026 14:27
Dünya

Rusiyada ciddi problemlər yaşanır – Mixeyev

 

Hazırda Rusiyanın bir çox bölgəsində çox ciddi problemlər yaşanır. Bu problemlər də güclü informasiya müharibəsi ilə bağlıdır. İnsanlarımızın Xerson məsələsindən sonra şayiələrə inamı bir az da artıb. Bu tendensiyanı isə Qərbdə hiss ediblər və hər gün yeni bir şayiə ictimaiyyətin içinə buraxılır.

Bu barədə “Vladimir Solovyovla axşam” proqramının efirində rusiyalı politoloq Sergey Mixeyev bildirib.

“İndi dostlarımdan eşidirəm ki, Donbasda ciddi-ciddi hamı dekabr ayının beşində Rusiya ordusunun Zaporojyedən geri çəkiləcəyini, AES də daxil olmaqla, ərazinin Ukraynaya təhvil veriləcəyini gözləyir. Guya bununla bağlı tərəflər arasında detallar da razılaşdırılıb. Bu, açıq-aydın şayiədir. Zaporojye AES artıq Rusiyanın “Rosatom”na daxil olub, belə şey mümkün deyil. Amma görürük ki, bu tip feyklər çox gözəl işləyir. Bir çox insan buna inanır.

Mənim yadıma Ukraynadakı Maydan hadisələri düşdü. O zaman orada idim. İnsanlar ciddi-ciddi inanırdı ki, Zelenski hakimiyyətə gələn kimi pensiyalar 3 min dollar olacaq. Mən soruşurdum ki, bunu hardan eşitmisiz? Cavab məni şoka salırdı – qonşumun oğlu polisdi, o deyib…” – o qeyd edib. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Adətən dövlət arxa planda etdiyi pıçıltılı yalvarışlar eşidilməsin deyənə, sifətini saxlamaq üçün ön planda bağırır

admin

“Tutucular anbarlarda qalmamalıdır”: Zelenski Avropaya müraciət etdi

redaktor

Putinin ultra-vətənpərvərinin gizli sərvəti

redaktor