25 C
Bakı
10 Sentyabr 2026 19:37
Dünya

Kadırov qızına Çeçenistanın ən yüksək ordenini verdi

Çeçenistanın rəhbəri Ramzan Kadırov ikinci qızı, Qroznı meriyasının məktəbəqədər təhsil departamentinin rəisi Xadijat Kadırovanı Çeçenistan Respublikasının birinci prezidenti Axmat-Xadji Kadırov adına ordenlə təltif edib.

Tacxeber.com xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev “Telegram-kanal”ında məlumat verib.

O qeyd edib ki, Xadijat Kadırovanı səmimi qəlbdən təbrik edir.

“O, Çeçenistan Respublikasının ən yüksək mükafatı – Kadırov ordeni ilə təltif edildi!”, – deyə Dudayev bildirib.

Onun sözlərinə görə, Xadijat Kadırova qısa müddətdə özünü istedadlı idarəçi kimi göstərib və ona həvalə olunmuş qurumun fəaliyyətini yeni səviyyəyə qaldırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Husilər Babül Məndəbə doğru irəlilədi: Məkkə sazişi işə düşəcəkmi?

redaktor

Trampı təbrik etmək olar

redaktor

11 sentyabr hücumlarının əsas təşkilatçısının məhkəməsi yenə təxirə salındı

redaktor