22.8 C
Bakı
10 İyun 2026 00:48
Dünya

Məşhur aparıcı Zelenskini “dilənçilikdə” ittiham etdi

“Fox News”-un aparıcısı Taker Karlson Ukrayna prezidenti Vladimir Zelenskini ABŞ-dan davamlı olaraq pul tələb etdiyinə görə sərt şəkildə tənqid edib. O, həmçinin Ukrayna liderini “dilənçilikdə” ittiham edib.

Tacxeber.com xəbər verir ki, teleaparıcının fikrincə, Kiyevə yardım sayəsində Amerika iqtisadiyyatı “dibə gedir”. Jurnalist qeyd edib ki, ABŞ hakimiyyəti artıq Ukraynaya 90 milyard dollardan çox vəsait ayırıb ki, bu da Vaşinqtonun Əfqanıstana illik xərclərindən iki dəfə çoxdur.

“Amma bu hələ Zelenski üçün kifayət deyil. O, Amerika Konqresindən pul istəmir – onları tələb edir”, – Karlson qəzəbli şəkildə söyləyib.

Nümunə olaraq Karlson Zelenskinin video müraciətlərindən bir neçə parça nümayiş etdirib və deyib: “Sən bunu tanıyırsan? Bu adam kimdir? O, doğrudan da bizdən pul istəyən korrupsioner Ukrayna diktatorudur. O, nə vaxt susacaq?”.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Putinin təklifini qəbul etmədi

redaktor

Ukrayna KİV: “Azərbaycan da, Ukrayna kimi, təcavüzkar yox, qurbandır”

redaktor

ABŞ-la strateji əməkdaşlıq: Azərbaycan üçün yeni mərhələ

redaktor