16 C
Bakı
25 Oktyabr 2026 11:25
Dünya

Yaponiya COVID-19-a qarşı yerli həbin istifadəsinə başlayır

Yaponiya COVID-19-a qarşı yerli həbin istifadəsinə başlayır

Yaponiya COVID-19-a qarşı yerli istehsal olan həbin ölkə daxilində istifadəsinə başlayacaq.

Tacxeber.comxəbər verir ki, bu barədə Yaponiyanın səhiyyə naziri Kato Katsunobu jurnalistlərə bildirib. Onun sözlərinə görə, hökumət “Xocova” adlı həmin həbin kütləvi istifadəyə buraxılması barədə noyabrın 22-də qərar qəbul edib.

Koronavirusa qarşı ilk yerli həb Yaponiyanın “Shionogi” əczaçılıq şirkəti tərəfindən hazırlanıb.

Hökumət bu dərmanın dekabrın əvvəllərindən başlayaraq istifadəyə buraxılmasını nəzərdə tuturdu, lakin mövcud vəziyyət nəzərə alınaraq həbin noyabrın 28-dən istifadəyə buraxılması qərara alınıb.

Tacxeber.com

Oxşar xəbərlər

Danışıqlarda son durum…

redaktor

Adolf Hitlerin Bavariya Alplarında yerləşən iqamətgahı yandırılıb

admin

1962-ci il Karib böhranı zamanı dünyanı nüvə müharibəsindən xilas edən şəxs

admin