DünyaHadisə

Braziliyada şəhər meri iş yerində güllələnib

Braziliyanın Lajeadu do-Buqre şəhərinin meri Robertu Masiel duş Santuş iş yerində öldürülüb.

Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, o, silahlı şəxs tərəfindən güllələnərək qətlə yetirilib.

Cinayətkar həmçinin şəhər administrasiyasının əməkdaşına da atəş açıb və o güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, maskalı naməlum şəxs saat 11 radələrində şəhər rəhbərinin ofisinə daxil olub və ona atəş açıb. Sonra qatil avtomobillə naməlum istiqamətdə gözdən itib.

2020-ci ildə yenidən şəhər meri seçilən məmur yerindəcə dünyasını dəyişib.

Tacxeber.com

Oxşar xəbərlər

Bosniya və Herseqovina vətəndaş müharibəsi və parçalanma astanasındadır

redaktor

Rusiya korveti Liviyada yanmış ola bilər

redaktor

«Mirotvorets» Meloninin müdaxiləsindən sonra Salvinini siyahıdan çıxardı

redaktor