Dünya

Qış yaxınlaşır, ancaq Ukrayna dayanmayacaq

Qış ərəfəsində Ukraynadakı Rusiya qoşunları hücumların intensivliyini azaltmağa məcburdur.

 

Bunu ukraynalı hərbi ekspert Sergey Qrabski deyib.

Ekspert qeyd edib ki, ruslar müəyyən ərazilərdə (Donetsk, Luqansk və Zaporojye – red.) top atışlarını gücləndirməklə Ukrayna Silahlı Qüvvələrinin irəliləyişini cilovlamağa çalışırlar:

“Təxminən eyni proseduru müşahidə edəcəyik. Rus qoşunlarının motivasiyasının o qədər də yüksək olmaması səbəbindən imkan əldə edirik. Ukrayna qoşunları daha dərin manevr imkanları qazanırlar. Və düşmənin müdafiəsində zəif cəhətləri aşkar edərək, ərazilərin azad edilməsi üçün müəyyən hücumlar edirlər. Ona görə də hansısa əməliyyat fasiləsindən, hərbi əməliyyatların ləngiməsindən və ya intensivliyin azaldılmasından danışmağa ehtiyac yoxdur. Hərbi əməliyyatların intensivliyi eyni yüksək səviyyədə qalacaq”. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Podolyak: Müharibə tez və bir anda başa çatacaq

redaktor

“Əliyevlə otur və qərar ver, bu gün qərar verməsən…” – Lukaşenko Paşinyana səsləndi

redaktor

Müdafiə Nazirliyi: Ağdam və Xocalıda qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətlərinin qarşısı alınıb

redaktor