DünyaGündəm

Kommunal xərcləri ödəməmək üçün maşınında yaşayır

ABŞ-da, Florida sakini, 31 yaşlı qadın Nikita Kramp, yaşayış xərcləri böhranı fonunda kommunal ödənişlərə qənaət etmək üçün avtomobildə yaşamağa qərar verib.

Tacxeber.com bildirir ki, bu barədə “Daily Mirror” nəşri yazıb.

Nəşr yazıb ki, qız uzun müddət maddi problemlər yaşayıb, iki işi olmasına baxmayaraq, maaşdan maaşa qədər yaşamalı olub, qazancını tamamilə kirayə və hesabların ödənilməsinə sərf edib. Nəticədə bütün xərclərdən sonra amerikalının cəmi 100 dolları qalıb. Kramp üç il əvvəl köçüb və bu, onun sözlərinə görə, nəhayət ona maliyyə sabitliyi qazandırıb. O, avtomobil almaq üçün 25 min dollar yığa bilib.

Qadın qeyd edib ki, belə həyat tərzi onun üçün müəyyən çətinliklər yaratsa da, daha çox xoşbəxt olub. O, avtomobilin içərisində rahat yemək üçün maşını qatlanan masa ilə təchiz etdiyini də bildirib. Amerikalı müxtəlif kateqoriyalı əşyaların saxlanması üçün baqajı dörd bölməyə ayırıb. O, 24 saat fəaliyyət göstərən idman zallarında duş qəbul edib, axşam yeməyi hazırlamaq üçün dostlarının məişət cihazlarından istifadə edib.

Amerikalı keçən il sosial şəbəkələr üçün məzmun yaratmaqla pul qazanmağa başladığını, TilkTok və Instagram-da abunəçilərinin sayını 1,1 milyon insanı keçdiyini bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycana sızan 3500 İran agenti: Yerli qadınlarla niyə evləniblər? – Hüseynzadə ilə bağlı şok faktlar

admin

Ermənistanda rus hərbi bazasına etitaz aksiyası – Müxalifət Paşinyanı təxribatda ittiham edir

redaktor

13-cü mərtəbədən yıxılan qadın heç nə olmamış kimi yoluna davam etdi – VİDEO

redaktor