22.6 C
Bakı
29 İyun 2026 09:05
Dünya

Rusiyanın Ukrayna ilə sərhəddən 300 km-dən çox məsafədəki neft bazası vuruldu?..-FOTO

Oryol vilayətində bir neft bazasında pilotsuz təyyarənin hücumu nəticəsində yanğın başlayıb. Zərbə Stalnıy Kon kəndi ərazisinə endirilib.

Moderator.az “Kommersant” nəşrinə istinadla xəbər verir ki, hadisə haqda qubernator Andrey Klıçkov öz teleqram-kanalında məlumat yayıb.

Məlumata görə, yerli vaxtla səhər saat 04:00 radələrində pilotsuz uçaq neft bazasına hücum edib. Zərərçəkən yoxdur. Region rəhbəri fövqəladə olay yerində təcili xidmətlər işlədiyini bildirib.

Zəruri arayış:

Rusiya Federasiyasının Oryol vilayəti Kursk və Bryansk vilayətləri ilə həmsərhəddir. Neft bazasının yerləşdiyi Stalnoy Kondan Ukrayna ilə sərhədə qədər olan məsafə isə 300 km-dən çoxdur…

Tacxeber.com

Oxşar xəbərlər

“Vaqner”in Qarabağ sirləri: ordumuza qarşı döyüşən muzdluları ermənilər aldatdılar – TƏFƏRRÜAT

admin

Amerika Birləşmiş Ştatları müəyyən ölkələrin vətəndaşları üçün viza üçün müraciət edərkən 15.000 dollarlıq depozit tətbiq edir.

redaktor

Azərbaycanlı hərbi analitik Ukraynanın Kurskdakı döyüşləri haqda nələr dedi?..-XƏRİTƏ

admin