19 C
Bakı
10 Sentyabr 2026 05:01
Dünya

Rusiyanın Ukrayna ilə sərhəddən 300 km-dən çox məsafədəki neft bazası vuruldu?..-FOTO

Oryol vilayətində bir neft bazasında pilotsuz təyyarənin hücumu nəticəsində yanğın başlayıb. Zərbə Stalnıy Kon kəndi ərazisinə endirilib.

Moderator.az “Kommersant” nəşrinə istinadla xəbər verir ki, hadisə haqda qubernator Andrey Klıçkov öz teleqram-kanalında məlumat yayıb.

Məlumata görə, yerli vaxtla səhər saat 04:00 radələrində pilotsuz uçaq neft bazasına hücum edib. Zərərçəkən yoxdur. Region rəhbəri fövqəladə olay yerində təcili xidmətlər işlədiyini bildirib.

Zəruri arayış:

Rusiya Federasiyasının Oryol vilayəti Kursk və Bryansk vilayətləri ilə həmsərhəddir. Neft bazasının yerləşdiyi Stalnoy Kondan Ukrayna ilə sərhədə qədər olan məsafə isə 300 km-dən çoxdur…

Tacxeber.com

Oxşar xəbərlər

İran ABŞ bazalarını çökdürürmü?

redaktor

Yəmən savaşı və “Məkkə sazişi”: Hədəfdə İran var

redaktor

Qazaxıstandan Bakıya bərə səfərləri 6 ildən sonra bərpa olunur

redaktor