26 C
Bakı
27 Sentyabr 2026 16:36
GündəmSağlamlıq

Exinaseya – immuniteti möhkəmləndirən bitki

İmmun sistemi

Exinaseya – immuniteti möhkəmləndirən bitki

Exinaseya bitkisi çox tanınmış təbii immuniteti stimullaşdıran bitkidir.

Tacxeber.com xəbər verir ki, elmi araşdırmalar nəticəsində sübut olunub ki, exinaseya immun mexanizmlərini aktivləşdirir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır.

Bundan əlavə bu bitki iltihabəleyhinə təsirə malikdir. Bu səbəbdən exinaseya və onun əsasında hazırlanan preparatlar böyrəklər, sidik yolları və sidik kisəsi iltihabları zamanı köməkçi müalicəvi vasitə kimi istifadə olunur.

Exinaseya təbii “antibiotik”dir. Bu bitki orqanizmdə ziyanlı mikrobların çoxalmasının qarşısını almaq qabiliyyətinə malikdir.

Exinaseya toxumaların bərpasını sürətləndirir və bu səbəbdən yaraların, dəridə səpgilərin, furunkulların müalicəsində istifadə olunur.

Exinaseyanın şişəleyhinə təsiri də var.

Pediatrlar exinaseya əsasında preparatları uşaqlara tez-tez təyin edir. Bu preparatların heç bir ciddi yanaşı təsiri yoxdur.

Tacxeber.com

Oxşar xəbərlər

Dövlətin etdiyinə baxın!

redaktor

Xarici Siyasətdə “İslamofobiya” tənqidi, daxildə hicab qadağası

redaktor

İranın hava blokadası İraqı da sarsıdır

redaktor