25.3 C
Bakı
13 İyun 2026 13:24
CəmiyyətGündəm

Deputat parlamentdə Babək Səmidlinin səs yazısından DANIŞDI

“Mətbuatdan oxuyuruq ki, Ermənistan müdafiə xərclərini 57% artırır. Ümumi götürəndə bizim xərclərimiz Ermənistandan iki dəfə çoxdur, amma düşünürəm ki, bu da azdır”.

Tacxeber.com xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

“Bu yaxınlarda şəhid polkovnik Babək Səmidlinin səs yazısı Müdafiə Nazirliyi tərəfindən təkzib edilmədi. O, səs yazısında bildirdi ki, 40% əsgərin gödəkçəsi yoxdur. Bu sahədə niyə boşluqlar var? Müdafiə Nazirliyi çıxıb niyə açıqlama vermir ki, səs yazısı düzdür, ya yox. Demək ki, düzgündür, bu məsələyə niyə laqeyd yanaşırlar, onu araşdırmaq lazımdır. Ermənistanın Baş naziri ötən gün çıxışında bir daha qeyd etdi ki, Azərbaycanın irəli sürdüyü məsələlərə riayət etməyəcək. Azərbaycan müdafiə xərclərini daha da artırmalıdır”, – deyə deputat vurğulayıb.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə səs yazısı ilə bağlı bildirib ki, bu, Azərbaycan Ordusuna qarşı aparılan təxribatlardan biridir: “Sosial şəbəkələrdə yayılan hər hansı səs yazısına görə Müdafiə Nazirliyi çıxıb açıqlama verməli deyil. Bu, Ordumuza qarşı olan təxribatlardan biridir”. (Modern.az)

Tacxeber.com

Oxşar xəbərlər

Videoları yayılan FHN polkovniki barədə məlumat

redaktor

Lukaşenko Putinin təklifini çatdırdı: Priqojin razılaşdı

redaktor

Şahin Diniyev də istefa verdi

admin