Dünya

İspaniya polisi dünyada ən böyük marixuana partiyasını aşkar edib

İspaniya polisi dünyada ən böyük marixuana partiyasını aşkar edib

İspaniya polisi azı 64 milyon avro dəyərində 32 ton qablaşdırılmış marixuana müsadirə edib.

Bu, dünyada polisin tapdığı ən böyük partiya olub.

“Bağlar” adlı əməliyyat çərçivəsində İspaniyanın müxtəlif yerlərində bir neçə ferma və istehsalat zavoduna basqın edilib. Həmçinin, 20-59 yaş arası iyirmi nəfər həbs olunub.

“Mülki Qvardiya indiyədək aşkar edilmiş ən böyük qablaşdırılmış marixuana partiyasını müsadirə edib. Tapılan bağlamalar təxminən 1,1 milyon bitkiyə bərabərdir”, – İspaniyanın Mülki Qvardiyasının bəyanatında deyilir.

Polis bildirib ki, dəstə marixuana bitkilərini qurudub, qablaşdırıb İspaniya, İsveçrə, Almaniya və Belçikadakı dilerlərə göndərib. Əməliyyat ötən ay baş tutsa da, onun təfərrüatları yalnız noyabrın 5-də açıqlanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Polşada hakimiyyət böhranı: Prezidentin ultimatumu sabah bitir

redaktor

Bu gün Mustafa Kamal Paşa Atatürkün anım günüdür

redaktor

Əbu-Dabidə Ukrayna danışıqları başlayır: Dönüş olmayacağının 5 səbəbi

admin