26 C
Bakı
27 Sentyabr 2026 14:55
İdman

“Qarabağ” Konfrans Liqasının pley-offuna yüksəlib

“Qarabağ” ardıcıl ikinci mövsüm UEFA Konfrans Liqasının pley-offunda iştirak edəcək.

Tacxeber.com xəbər verir ki, Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda Almaniya “Frayburq”u ilə 1:1 hesablı heç-heçə edən “köhlən atlar” qitənin 3-cü dərəcəli klub turnirində mübarizə aparacaq.

Ölkə çempionu G qrupunu 8 xalla başa vuraraq üçüncü yeri tutub. Pley-off mərhələsinin püşkü noyabrın 7-də atılacaq.

Qeyd edək ki, “Qarabağ” 2021/2022 mövsümündə də eyni turnirin pley-offunda iştirak edib.

Tacxeber.com

Oxşar xəbərlər

Simoenedən Mourinyoya: “Sərhədi keçməməlisən”

admin

“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” – Zidan

admin

Yenə təxribat, yenə manipulyasiya…

redaktor