25.3 C
Bakı
13 İyun 2026 11:46
Hadisə

İranda azərbaycanlı qadın vəkil HƏBS EDİLDİ

İranda azərbaycanlı qadın vəkil HƏBS EDİLDİ

Şərqi Azərbaycan Vəkillər Birliyinin üzvü, təbrizli vəkil Negin Kəyani həbs edilib.

Tacxeber.com xəbər verir ki, azərbaycanlı vəkilin iki həftə bundan öncə saxlanılmasına baxmayaraq, həbsi barədə xəbər oktyabrın 31-i gecə saatlarında yayılıb.

Onun tutulmasına səbəb Təbrizdə keçirilən etirazlara qatıldıqları üçün həbs edilənlərin müdafiəçisi və vəkili kimi fəaliyyət göstərməsi olub.

Digər azərbaycanlı vəkil Cəfər Əfşarniya özünün sosial media hesabında etdiyi paylaşımda Negin Kəyaninin nədə ittiham olunduğu barədə rəsmi iddia irəli sürülmədiyini və qeyri-müəyyən vəziyyətdə saxlanıldığını yazıb.

Qeyd edək ki, oktyabrın 15-də Güney azərbaycanlı vəkillər Qasım Bodi, Sina Yusifi və Əmir Mehdipur da saxlanılıblar.

Oxşar xəbərlər

FHN xilasedicilərinin su çənindən çıxartdığı şəxs ora niyə düşübmüş? – DETALLAR+VİDEO

redaktor

İsrail Hərbi Hava Qüvvələri: “1500 kilometrdən uzaq məsafədə yerləşən hədəflər vurulub”

redaktor

Bakıda qadının da üzv olduğu narkoşəbəkə ələ keçdi

redaktor