İqtisadiyyat

Neftimiz 1,4 faiz ucuzlaşdı

Neftimiz 1,4 faiz ucuzlaşdı

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,38 ABŞ dolları, yaxud 1,4 % azalaraq 94,74 ABŞ dolları təşkil edib.

Tacxeber.az bu barədə neft bazarındakı mənbəyə istinadla xəbər verir.

Hərraclarda “Brent” markalı neftin dekabr fyuçersləri 93,50 ABŞ dollara satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Tacxeber.az

Oxşar xəbərlər

Putin iqtisadi uğurlardan danışır, amma Rusiyada yanacaq böhranı artır

admin

İnvestor qapıda gözləmir: Azərbaycan niyə böyük şirkətləri cəlb edə bilmir?

redaktor

Kəndlinin həyətindəki toyuq da, inəyi də statistika deyil, onun dolanışığıdır!

redaktor