Hadisə

Bakıda əfqan şagirdi sinif yoldaşının atası döydü

Bakının Pirallahı rayonunda orta məktəbin 4-cü sinif şagirdi sinif yoldaşının valideyni tərəfindən döyülüb.

Tacxeber.az Report-a istinadən xəbər verir ki, 2012-ci il təvəllüdlü Folmulu Ömər Bəşir oğlu Qala qəsəbəsində sinif yoldaşının atası tərəfindən döyülüb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş ənsə nahiyəsinin əziyi diaqnozu qoyulub.

Qeyd edək ki, Ö.Folmulu Əfqanıstan Respublikasının vətəndaşıdır.

Hadisənin təfərrüatı araşdırılır.

Tacxeber.az

Oxşar xəbərlər

Məşhur futbol adamının Bakıda qayda pozuntusu gündəm oldu – VİDEO

admin

“Jurnalistika cinayət deyil” siyasi məhbus Fatimə Mövlamlı

admin

“Kuruluş Osman”ın aktyoru və xanımı zəlzələdə həlak oldu

redaktor